Sosial Media Marketinqi

Rəqəmsal Marketinq və onun ən aktiv qolu olan Sosial Media Marketinqi son zamanlar öz inkişafının ən yüksək pilləsindədir. Təcrübə göstərir ki, hər bir istehlakçı, məhsul və ya xidmətin reklamından daha çox başqalarının onun haqqında danışdıqlarına, sosial şəbəkələrdəki rəylərinə inanır və istehlakçıların 90%-dən çoxu alış-veriş etməmişdən öncə şirkət və məhsul haqqında məlumat axtarır. 2016-сı ilin nəticələrinə görə 2 milyondan artıq şirkət biznesin inkişafını Facebook üzərindən aparır, dünya marketoloqların 93%-i isə SMM-dən istifadə edir.

Daha çox tanınma, daha çox satış

Kontent

Sosial mediada ən vacib məsələ nə və necə kontent paylaşdığınızdır.

Kommunikasiya

İkinci ən vacib məsələ həmin kontenti sizin potensial müştərilərinizə çatdırmaqdır. Bunun üçün onları çox yaxşı tanımalıyıq.

Reklam

Reklam üçün ayrılmış büdcənin effektiv xərclənilməsi ən çox səhv edilən məqamlardandır. Hədəfimiz xərclənən hər dollardan ən maksimal nəticələr əldə etməkdir.

Strategiya

Hazırladığımız strategiya kontent, kommunikasiya və reklam işləriniz üçün həm bünövrə, həm də mayak olacaq.